BAKI, 16 oktyabr. TELEQRAF
Misli Premyer Liqasında I dövrənin VIII turuna bu gün start veriləcək.
Teleqraf xəbər verir ki, turun açılış günündə iki qarşılaşma tutaşacaq.
Günün ilk matçında "Şamaxı" öz meydanında "Şəfa"nı qəbul edəcək. Şamaxı şəhər stadionunda reallaşacaq görüş saat 15:00-da başlayacaq.
Günün ikinci qarşılaşmasında isə "Sumqayıt" "SOCAR Polymer Arena"da "Araz-Naxçıvan" ilə üz-üzə gələcək. Oyun saat 19:00-da start götürəcək.
Misli Premyer Liqası
I dövrə, VIII tur
16 oktyabr (cümə)
15:00. “Şamaxı” – “Şəfa”
Hakimlər: Rəvan Həmzəzadə, Şirmamed Mamedov, Teymur Teymurov, Səbuhi Bayramov
VAR: Elvin Bayramov
AVAR: Tərlan Talıbzadə
Hakim-inspektor: Feyzulla Feyzullayev
AFFA nümayəndəsi: Elgiz Abbasov
Şamaxı şəhər stadionu
19:00. “Sumqayıt” – “Araz-Naxçıvan”
Hakimlər: Vüqar Həsənli, Asiman Əzizli, Zöhrab Abbasov, Murad Səlimov
VAR: Əkbər Əhmədov
AVAR: Rəhman İmami
Hakim-inspektor: Babək Quliyev
AFFA nümayəndəsi: Yavər Rəhimov
SOCAR Polymer Arena.
Xatırladaq ki, turun digər matçları oktyabrın 17-18-də keçiriləcək.