XOCALI, 9 oktyabr. TELEQRAF

İtkin düşmüş şəxslər üzrə “Bakı Dialoqu” çərçivəsində keçirilən IV beynəlxalq konfransın iştirakçılarının Qarabağa səfəri başlayıb.

Teleqraf-ın Qarabağ bürosunun xəbərinə görə, səfər çərçivəsində nümayəndə heyəti ilk olaraq Xocalı şəhərində inşa olunan Xocalı Soyqırımı Memorial Kompleksini ziyarət edib.

Qeyd edək ki, IV beynəlxalq konfrans “İtkin düşmüş şəxslər probleminin həllində etimadın gücləndirilməsi və effektiv mexanizmlərin inkişaf etdirilməsi” mövzusuna həsr olunub.