LAÇIN, 6 oktyabr. TELEQRAF
Alban-Udi Xristian icmasının nümayəndələri Laçın rayonunda yerləşən “Ağoğlan” monastırını ziyarət edir.
Teleqraf-ın Qarabağ bürosunun xəbərinə görə, ziyarət çərçivəsində icma üzvləri məbədin tarixi və dini əhəmiyyəti ilə tanış olur, qədim dini abidənin ərazisində dini ayinlərini icra edirlər.
Ziyarət zamanı monastırın Azərbaycan xristian irsindəki yeri və tarixi əhəmiyyəti barədə məlumat verilir. İcma nümayəndələri “Ağoğlan” monastırında mərasim keçirərək dualar oxuyurlar.
Qeyd edək ki, Laçın rayonunda yerləşən “Ağoğlan” monastırı Azərbaycanın qədim xristian irsinin mühüm nümunələrindən biri hesab olunur. Monastır bölgənin tarixi-mədəni irsinin qorunması baxımından da əhəmiyyətli dini abidələr sırasındadır.
Alban-Udi icması ilk dəfə torpaqlar işğaldan azad edildikdən sonra, 2021-ci il fevralın 21-də uzun müddətdən sonra monastırda olub, ermənilərin binada etdiyi dəyişikliklərlə tanış olub.