NAXÇIVAN, 6 oktyabr. TELEQRAF

Naxçıvan Muxtar Respublikası mədəniyyət nazirinə müavin təyin edilib.

Teleqraf-ın Naxçıvan bürosu xəbər verir ki, bununla bağlı Muxtar Respublikanın Baş naziri Cabbar Musayev sərəncam imzalayıb.

Sərəncama əsasən, Fazil İbrahim oğlu Məmmədov Naxçıvan Muxtar Respublikası mədəniyyət nazirinin müavini təyin edilib.

Eyni zamanda, Naxçıvan Muxtar Respublikasının mədəniyyət naziri təyin olunanadək həmin vəzifənin müvəqqəti icrası Fazil Məmmədova həvalə edilib.

Qeyd edək ki, bundan əvvəl Fazil Məmmədov Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatı rəhbərinin müavini vəzifəsində çalışıb.