BAKI, 13 oktyabr. TELEQRAF
Səbail rayonunun bəzi ərazilərində su təminatı bərpa olunub.
Teleqraf xəbər verir ki, bu barədə İri Şəhərlərin Su Təchizatı Xidmətindən məlumat verilib.
Bildirilib ki, magistral su xəttində aparılan təmir-bərpa işləri ilə bağlı oktyabrın 12-si gecə saatlarından etibarən rayonun bir hissəsində yaranan müvəqqəti fasilə səhər saatlarında aradan qaldırılıb.
Hazırda abonentlərin su təminatı əvvəlki rejimdə həyata keçirilir.