BAKI, 12 oktyabr. TELEQRAF
Ermənistan Silahlı Qüvvələrinin Xüsusi Ordu Korpusunun komandir müavini Artsvik Qriqoryan vəzifəsindən azad edilib.
Teleqraf xəbər verir ki, bu barədə Ermənistan Prezidenti Vaaqn Xaçaturyanın imzaladığı sərəncamda bildirilib.
Qeyd edək ki, A.Qriqoryan bu vəzifəyə 2025-ci il oktyabrın 22-də təyin edilib. Yerli KİV-də qərarın Azərbaycan hərbçisi Nəsimi Musayevin naməlum şəraitdə Ermənistan ərazisinə keçməsi ilə bağlı olduğu ehtimal edilir.