GƏNCƏ, 19 fevral. TELEQRAF
Gəncədə işıq dirəyi minik və yük avtomobilinin üzərinə aşıb.
Teleqrafın Qərb bürosu xəbər verir ki, hadisə şəhərin Ş.İ.Xətai prospektində qeydə alınıb.
Güclü külək nəticəsində işıq dirəyi "Mitsubihsi" markalı minik və "Qazel" markalı yük avtomobilin üzərinə aşıb.
Avtomobillərə ciddi ziyan dəyib.
