MİNGƏÇEVİR, 19 fevral. TELEQRAF

Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab edilən Şahin Kərimov dəfn edilib.

Teleqraf-ın Mərkəzi Aran bürosu xəbər verir ki, şəhidlə keçirilən vida mərasimindən sonra onun nəşi Mingəçevirin Şəhidlər xiyabanında dəfn edilib.

***

13:39

Mingəçevirdə itkin-şəhid Şahin Kərimovla vida mərasimi keçirilir.

Teleqraf-ın Mərkəzi Aran bürosu xəbər verir ki, uzun illər itkin kimi qeydiyyatda olan şəhid Kərimov Şahin Heydər oğlunun nəşi ailəsinə təhvil verilib.

Şəhidlə vida mərasimi Mingəçevir şəhərində, ata ocağında keçirilir. Mərasimdə şəhər sakinləri, yerli idarə rəhbərləri, hüquq-mühafizə orqanlarının əməkdaşları və şəhidin yaxınları iştirak edirlər.

Vida mərasimindən sonra itkin-şəhid Mingəçevir Şəhər Şəhidlər Xiyabanında dəfn olunacaq.

Qeyd edək ki, Şahin Kərimov 16 dekabr 1973-cü ildə Mingəçevir şəhərində anadan olub. O, Birinci Qarabağ müharibəsində iştirak edib. 4 aprel 1993-cü ildə ağır döyüşlər zamanı Kəlbəcər rayonu istiqamətində itkin düşüb.

Kəlbəcər rayonu işğaldan azad olunduqdan sonra keçmiş döyüş yoldaşları onun şəhid olduğu yeri göstəriblər.