BAKI, 18 fevral. TELEQRAF
Mingəçevir şəhəri 19 nömrəli tam orta ümumtəhsil məktəbinin bufetində elektrik xətlərində qısaqapanma nəticəsində yaranmış kiçikmiqyaslı yanğının qarşısı alınıb.
Bu barədə Teleqraf-a Mərkəzi Aran Regional Təhsil İdarəsindən məlumat verilib.
Bildirilib ki, müvafiq plana uyğun olaraq şagirdlər və pedaqoji heyət dərhal təhlükəsiz əraziyə təxliyə edilib, onların səhhətində hər hansı problem qeydə alınmayıb.
"FHN-in müvafiq qüvvələri tərəfindən yanğın qısa müddətdə söndürülüb. Hazırda aidiyyəti qurum tərəfindən hadisənin dəqiq başvermə səbəbləri araşdırılır. Təlim-tədris prosesi fasiləsiz olaraq davam edir".
Şəbnəm Zahir
***
MİNGƏÇEVİR, 18 fevral. TELEQRAF
12:25
Mingəçevirdə məktəbdə yanğın olub, şagirdlər təxliyə edilib.
Teleqraf-ın Mərkəzi Aran bürosunun xəbərinə görə, hadisə Energetiklər yaşayış massivində yerləşən 19 saylı orta məktəbdə baş verib.
İlkin məlumata görə, yanğına səbəb məktəbin bufetinin elektrik kabelində yaranan qısaqapanma olub.
Hadisə yerinə yanğınsöndürmə briqadası cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.