GƏNCƏ, 16 fevral. TELEQRAF
Gəncədə iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Teleqraf-ın Qərb bürosu xəbər verir ki, qəza zamanı 2005 ci il təvəllüdlü Tofiq Şıxlinski və 2006-cı il təvəllüdlü Qabil Nəsibov müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdiriliblər.
Yaralıların vəziyyəti orta-ağırdır faktla bağlı araşdırma başlanılıb.
Hadisənin təfərrüatları dəqiqləşdirilir.