XOCALI, 16 fevral. TELEQRAF

1992-ci ildə fevralın 25-26-na keçən gecə erməni-rus hərbi qüvvələri tərəfindən Xocalı işğal olunarkən girov götürülən şəhər sakini doğma torpağına qayıdıb.

Teleqraf-ın Qarabağ bürosunun xəbərinə görə, 1959-cu il təvəllüdlü Gülüstan Fəxrəddin qızı Mərdəliyeva erməni girovluğunda 4 gün qalıb.

O, Xocalı şəhər poçtunda teleqraf köməkçisi işləyib.

Gülüstan Mərdəliyeva Xocalıya qayıdışını həyatının ən xoşbəxt günü adlandırıb. Bildirib ki, düşmənə ən yaxşı cavab qələbədir: "Bundan sonra əbədi doğma torpağımızda qalacağıma inanıram".