AĞDAŞ, 16 fevral. TELEQRAF

Ağdaşda kanalda yaşlı kişinin meyiti tapılıb.

Teleqraf-ın Mərkəzi Aran bürosu xəbər verir ki, hadisə rayonunun Cüvə kənd ərazisində qeydə alınıb.

76 yaşlı Ənvər Məmmədovun üzərində zorakılıq əlamətləri olmayan meyiti kəndin ərazisindəki kanalda aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.