TƏRTƏR, 11 fevral. TELEQRAF
Tərtərdə yanğın hadisəsi baş verib.
Teleqraf-ın Qarabağ bürosunun xəbərinə görə, rayonun Düyərli kənd sakini Quliyev Maarif Rza oğluna məxsus yaşayış evi yanaraq külə dönüb.
Hadisə yerinə gələn FHN-in yanğınsöndürən bölməsinin əməkdaşları yanğının ətrafdakı tikililərə keçməsinin qarşısını alıblar.
Faktla bağlı araşdırma aparılır.
