AĞDAM, 11 fevral. TELEQRAF

Ağdam rayonunda yağan qarın hündürlüyü 15 santimetrdən artıq olub.

Teleqraf-ın Qarabağ bürosunun məlumatına görə, Quzanlı, Xındırıstan, Mirəşelli, Əhmədağalı kəndləri və Baharlı qəsəbəsi də daxil olmaqla bir neçə yaşayış məntəqəsində qar örtüyü eyni səviyyəyə yüksəlib.

Məlumata əsasən, qarın hündürlüyü hazırda avtomobillərin hərəkətinə ciddi maneə törətmir.

Hazırda qar yağışı fasilələrlə davam edir.