TƏRTƏR, 10 fevral. TELEQRAF
Tərtərdə baş verən qəza zamanı sərnişin ölüb.
Teleqraf-ın Qarabağ bürosunun xəbərinə görə, yol-nəqliyyat hadisəsi rayonun Seydimli kəndi ərazisində baş verib.
Tərtər rayon sakini İxtiyar Cəfərov idarə etdiyi "JAC" markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib və maşını yol kənarına aşırıb.
Avtomobildə olan Bərdə rayon sakini 1977-ci il təvəllüdlü Ramil Hüseynov hadisə yerində həyatını itirib.
Faktla bağlı araşdırma aparılır.