AĞDAŞ, 9 fevral. TELEQRAF

Ağdaşda velosipeddən yıxılan şəxs həyatını itirib.

Teleqraf-ın Mərkəzi Aran bürosu xəbər verir ki, hadisə rayonun Aşağı Ləki kəndi ərazisində baş verib.

38 yaşlı kənd sakini Ə.Qədirov velosiped sürərkən idarəetməni itirərək yıxılıb və huşunu itirib.

Ə.Qədirov xəstəxanaya aparılarkən yolda ölüb.

Onun epilepsiya xəstəsi olduğu bildirilir.