ŞƏMKİR, 9 fevral. TELEQRAF

Şəmkirdə baş vermiş bıçaqlanma ilə bağlı Rayon Mərkəzi Xəstəxanası məlumat yayıb.

Xəstəxanadan Teleqraf-ın Qərb bürosuna bildirilib ki, 8 vevral 2026-cı il tarixində saat 22:10 radələrində 3 nəfər (kişi) şəxs xəsarət alması səbəbilə Şəmkir Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

Onlara bədənin müxtəlif nahiyələrinin kəsilmiş-deşilmiş yarası diaqnozu təyin edilib.

Xəsarət alanların hər birinə zəruri tibbi yardım göstərilib və ambulator müalicə üçün evə buraxılıblar.

Qeyd edək ki, ilkin məlumatda bıçaqlanma nəticəsində bir nəfərin - 2011-ci il təvəllüdlü S.Məmmədlinin xəsarət aldığı bildirilirdi.

Məlumata görə, Şəmkir rayonunda yeniyetmələr arasında düşən dava zamanı xəsarət alanların sayı üç nəfər olub. Kür qəsəbə sakinləri, 17 yaşlı H.Abuzərli və S.Məmmədli ilə yanaşı H. Abuzərlinin 15 yaşlı qardaşı O. Abuzərli də müxtəlif bədən xəsarətləri alıb.

***

07:22

Şəmkir rayonunda bıçaqlanma hadisəsi baş verib.

Teleqraf-ın Qərb bürosu xəbər verir ki, Kür qəsəbə sakinləri, 2009-cu il təvəllüdlü (17 yaş) H. Abuzərli münaqişə zəminində 2011-ci il təvəllüdlü (15 yaş) S. Məmmədliyə bıçaqla xəsarət yetirib. Xəsarət alan şəxsin vəziyyəti normaldır.

Hadisə ilə bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır.