ŞƏMKİR, 6 fevral. TELEQRAF

Şəmkirdə iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb.

Teleqraf-ın Qərb bürosu xəbər verir ki, qəza zamanı Şəmkir rayon sakinləri 1950-ci il təvəllüdlü Çimnaz Zeynalova və 1980-ci il təvəllüdlü Zabil Zeynalov müxtəlif bədən xəsarətləri alıb.

Yaralılar Gəncədə xəstəxanalardan birinə yerləşdirilib, vəziyyətlari orta-ağırdır.

Faktla bağlı araşdırma başlanılıb.