YEVLAX, 6 fevral. TELEQRAF
Yevlax sakini özünə iynə vurmaqla həyatına son qoyub.
Teleqraf-ın Mərkəzi Aran bürosu xəbər verir ki, 1954-cü il təvəllüdlü Zirəddin Quliyev müalicə məqsədi ilə özünə antibiotik iynəsi vurarkən halı pisləşib.
Xəstəxanaya çatdırılsa da onun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.