MİNGƏÇEVİR. 5 fevral. TELEQRAF
Mingəçevirdə çörək zavodunun əməkdaşı vəfat edib.
Teleqraf-ın Mərkəzi Aran bürosu xəbər verir ki, hadisə axşam saatlarında Samux küçəsində yerləşən çörək zavodunda baş verib.
1975-ci il təvəllüdlü Rəhman Əhmədov iş yerində qəfil keçinib.
İlkin müayinə zamanı onun ürək tutmasından öldüyü məlum olub.
Faktla bağlı araşdırma aparılır.