AĞCABƏDİ, 5 fevral. TELEQRAF

Ağcabədidə azyaşlıya çoxlu bıçaq xəsarətləri yetirmiş şəxs saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Teleqraf-a bildirilib ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən yetkinlik yaşına çatmayan 1 nəfər müəyyən edilib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

***

12:33

Ağcabədidə çoxlu bıçaq xəsarətləri almış azyaşlı Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Teleqraf-ın Qarabağ bürosunun xəbərinə görə, hadisə rayonun Aşağı Avşar kəndində baş verib.

Ağcabədi Rayon Mərkəzi Xəstəxanasından Teleqraf-a bildirilib ki, 4 fevral 2026-cı il tarixdə saat 18:00 radələrində 2019-cu il təvəllüdlü azyaşlı (kişi) bədənin müxtəlif nahiyələrinin çoxsaylı kəsilmiş, deşilmiş yarası diaqnozu ilə Ağcabədi Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospilitasiya olunub.

Pasiyent dərhal əməliyyat blokuna alınıb. Əməliyyat icra edildikdən sonra pasiyentin müalicəsi Reanimasiya şöbəsində davam etdirilir.

Hazırda vəziyyəti orta-ağır qiymətləndirilir.