BEYLƏQAN, 4 fevral. TELEQRAF
2026-cı ilin yanvar ayı ərzində Beyləqan Rayon Mərkəzi Xəstəxanasına it dişləməsi səbəbilə 47 nəfər (40 kişi cinsli, 7 qadın cinsli) müraciət edib. Hər birinə zəruri tibbi xidmətlər göstərilib, ambulator müalicə üçün evə buraxılıblar.
Bu barədə Teleqraf-ın Qarabağ bürosuna Beyləqan Rayon Mərkəzi Xəstəxanasından məlumat verilib.
Müraciət edənlər arasında həm uşaqlar, həm də yuxarı yaşlı sakinlər var.
Həkimlər bildirirlər ki, dişləmə nəticəsində yaranan xəsarətlər vaxtında tibbi müdaxilə ilə müalicə olunur.
Mütəxəssislər vətəndaşları heyvanlarla təmas zamanı diqqətli olmağa çağırır, dişləmə və ya xəsarət hallarında dərhal tibbi yardım üçün səhiyyə müəssisəsinə müraciət etməyi tövsiyə edirlər.