GƏNCƏ, 4 fevral. TELEQRAF

Gəncə şəhərində piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Teleqraf-ın Qərb bürosu xəbər verir ki, şəhərin H. Əliyev prospektində motoskletlə kuryerilik edən 1990-cı il təvəüllüdlü Ceyhun Abdullayev yolu keçən 1962-ci il təvəllüdlü Təranə Məmmədovanı vurub.

Qəza zamanı kuryerin özü də müxtəlif bədən xəsarətləri alıb.

Qadın Gəncə şəhərində xəstəxanalardan birinə yerləşdirilib.