GƏNCƏ, 4 fevral. TELEQRAF
İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin (ƏMDX) Gəncə ərazi şöbəsinə yeni təyinat olub.
Teleqraf-ın Qərb bürosu xəbər verir ki, Ceyhun Novruzov quruma rəis təyin edilib.
Yeni rəis kollektivə təqdim olunub.
Qeyd edək ki, C. Novruzov daha əvvəl İqtisadiyyat Nazirliyi yanında ƏMDX-nin Bakı ərazi şöbəsində məsləhətçi vəzifəsində çalışıb.