AĞCABƏDİ, 3 fevral. TELEQRAF
Ağcabədi rayonu Hacıbədəlli kəndi ərazisində əkin sahəsində yanğın qeydə alınıb.
Teleqrafın Qarabağ Bürosunun məlumatına görə, yanğın qısa müddətdə geniş əraziyə yayılıb. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları cəlb edilib.
Yanğınsöndürənlərin müdaxiləsi nəticəsində alovun ətraf ərazilərə yayılmasının qarşısı alınıb. Yanğın zamanı çoxillik ağaclara ziyan dəyib.
Faktla bağlı araşdırma aparılır.
