MİNGƏÇEVİR, 3 fevral. TELEQRAF

Mingəçevirdə evdə meyit aşkarlanıb.

Teleqraf-ın Mərkəzi Aran bürosu xəbər verir ki, hadisə Nizami küçəsindəki evlərin mənzillərindən birində qeydə alınıb.

Qonşuların məlumatı əsasında evə baxış zamanı tək yaşayan 1938-il təvəllüdlü Anam İbrahimxəlilovanın yaşadığı evdə meyiti aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.