GƏNCƏ, 28 iyul. TELEQRAF
Gəncədə Milli Qəhrəman Natiq Qasımovun anası Dursun Qasımovanın dəfn mərasimi keçirilib.
Teleqraf-ın yerli bürosu xəbər verir ki, o, Səbiskar qəbiristanlığında torpağa tapşırılıb.
Mərasimdə Gəncə şəhər rəhbərliyi, şəhid və qazi ailələri, Vətən müharibəsi iştirakçıları, mərhumun yaxınları iştirak edib.
***
11:20
Gəncədə Milli Qəhrəman Natiq Qasımovun anası Dursun Qasımova ilə vida mərasimi başlayıb.
Teleqraf-ın yerli bürosu xəbər verir ki, vida mərasimi D.Qasımovanın yaşadığı evdə keçirilir.
Mərasimdə Gəncə şəhər rəhbərliyi, şəhid və qazi ailələri, Vətən müharibəsi iştirakçıları, mərhumun yaxınları iştirak edir.
Məlumat üçün bildirək ki, 83 yaşlı Dursun Qasımova dünən axşam saatlarında vəfat edib.
O, bir müddət idi ki, xəstəlikdən əziyyət çəkirdi. D. Qasımova Səbiskar qəbiristanlığında həyat yoldaşının yanında dəfn olunacaq.