YEVLAX, 24 iyul. TELEQRAF
Yevlaxda idarəerməni itirən avtomobil kanala düşüb.
Teleqraf-ın yerli bürosunun məlumatlna görə, hadisə günorta saatlarında Xaldan şossesində baş verib.
Qadın sürücünün idarə etdiyi "Chevrolet" markalı minik maşını yoldan çıxaraq kanala düşüb.
Qeyd edək ki, qəzaya uğrayan maşında sürücü ilə yanaşı bir qadın sərnişin də olub.
Hər iki şəxs yüngül xəsarət alıb.
Faktla bağlı araşdırma aparılır.