BAKI, 9 mart. TELEQRAF
Gəncə şəhərində iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb.
Teleqraf-ın Qərb bürosu xəbər verir ki, "VAZ 21010" ilə "HAVAL" markalı avtomobillərinin toqquşması nəticəsində 2007-ci il təvəllüdlü İsgəndər Yusifov, 2009-cu il təvəllüdlü Əli Bağırov, 1975 -ci il təvəllüdlü Anar Musazadə və 2009- cu il təvəllüdlü Nərmin Musazadə Gəncədə yerləşən xəstəxanalardan birinə yerləşdirilib.
Onlara ilkin yardım göstərilib, vəziyyətləri orta-ağırdır.
Hadisə şəhərin Ş.İ.Xətai prospektində qeydə alınıb.
Faktla bağlı araşdırma başlanılıb.