ŞƏMKİR, 9 iyul. TELEQRAF
08.07.2025-ci il tarixində saat 02:50 radələrində 4 nəfər ( kişi cinsli) yol-nəqliyyat hadisəsi nəticəsində Şəmkir Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub. Müxtəlif bədən xəsarətləri alan şəxslərə zəruri tibbi xidmətlər göstərilib.
Bu barədə Teleqraf-ın sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib.
"Vəziyyətləri qənaətbəxş qiymətləndirilən 3 nəfər ambulator müalicə üçün evə buraxılıb.
1 nəfər şəxsin isə vəziyyəti ağır olduğu üçün göstərilən reanimasiyon tədbirlərə baxmayaraq, 09.07.2025-ci il tarixində saat 03:50-də ölüm faktı qeydə alınıb", - deyə məlumatda qeyd olunub.
***
08:22
ŞƏMKİR, 9 iyul. TELEQRAF
Şəmkir rayonunda 1 nəfərin ölümü, 3 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Teleqraf-ın yerli bürosu xəbər verir ki, qəza zamanı sürücü 1992-ci il təvəllüdlü Anar Atakişizadə idarə etdiyi "Kia Cerato" markalı avtomobili aşırıb, nəticədə 1968-ci il təvəllüdlü İntiqam Atakişiyev ölüb.
Hadisə nəticəsində A. Atakişizadə ilə yanaşı, Şiştəpə kənd sakinləri, 1993-cü Orxan Atakişiyev, eyni yaşda olan Cəmil İbadullayev xəsarətlər alıblar.
Yaralılar Şəmkir rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Vəziyyətləri orta-ağırdır. Faktla bağlı araşdırma başlanılıb.
Məlumat üçün bildirək ki, qəza Şəmkir-Şiştəpə yolunda baş verib.
***
08:04
Şəmkir rayonunda bir nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Teleqraf-ın yerli bürosu xəbər verir ki, hadisə Şiştəpə yolu adlanan ərazidə qeydə alınıb.
İlkin məlumata görə, avtomobilin aşması nəticəsində orta yaşlı kişi həyatını itirib.
Faktla bağlı araşdırma başlanılıb.