BAKI, 13 iyul. TELEQRAF

Milli Məclisin növbədənkənar sessiyası üzrə son iclası keçiriləcək.

Teleqraf xəbər verir ki, bununla bağlı parlamentin bugünkü iclasında Sahibə Qafarova məlumat verib.

O qeyd edib ki, Milli Məclisin növbəti iclası iyulun 14-də keçiriləcək.

Qeyd edib ki, sabah Milli Məclisin 2026-cı ilə üzrə sonuncu iclası keçiriləcək.

Xatırladaq ki, Milli Məclis ildə iki dəfə - iyulun 15-dən avqustun 30-dək və yanvarın 1-dən 15-dək tətilə buraxılır.
Tətil dövründə Milli Məclisin deputatları məzuniyyətdə sayılır. Növbədənkənar sessiya çağırıldıqda isə Milli Məclisin tətili növbədənkənar sessiyanın keçirildiyi müddətə dayandırılır və deputatlar həmin müddətə məzuniyyətdən geri çağırılır.

Növbədənkənar sessiya bitdikdən sonra deputatlar tətilə buraxılır.