BAKI, 23 yanvar. TELEQRAF

Azərbaycanda “Palatalar haqqında” qanunun qəbul edilməsi təklif edilir.

Teleqraf xəbər verir ki, bu təkliflə deputat Vüqar Bayramov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında çıxış edib.

O qeyd edib ki, bir sıra ölkələrin real sektorunun inkişafında palataların xüsusi rolu var, sahibkarlar fəaliyyət göstərdiyi sahələrdə palatanın üzvü olmadan qeydiyyatdan keçə bilmir:

“Azərbaycanda əksər palataların fəaliyyəti digər qanunlarla tənzimlənir. Amma palatalar real sektorun və hökumətlə birgə layihələrin dəstəklənməsi, eləcə də digər sahələrdə mühüm rol oynayır. Bu baxımdan “Palatalar haqqında” ayrıca qanunun qəbul olunması məqsədəuyğun olar və biznes ilə hökumət arasında dialoqunun gücləndirilməsinə töhfə verər”.