BAKI, 4 noyabr. TELEQRAF
"Siyasi partiyalara ayrılan vəsait artıq ardıcıl bir neçə ildir stabil olaraq qalır. Bunu müzakirə edə bilərik".
Teleqraf xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı maliyyə naziri Sahil Babayev deyib.
O qeyd edib ki, əgər həqiqətən də bunun istifadə istiqamətləri ilə bağlı təkliflər formalaşacaqsa və onların büdcə prinsiplərinə uyğun icrası təmin edilə biləcəksə, baxıla bilən bir istiqamətdir.