BAKI, 29 oktyabr. TELEQRAF
"12 noyabr 1995-ci il Azərbaycan xalqının tarixində yeni bir dönəm başlayıb. Bununla müstəqil Azərbaycanın Konstitusiyası qəbul edilib. Bu əsas qanunun müəllifi isə Azərbaycan xalqının ulu öndəri Heydər Əliyev olub".
Teleqraf xəbər verir ki, bunu Milli Məclisdə keçirilən beynəlxalq parlament konfransında Türkiyə Böyük Millət Məclisinin (TBMM) üzvü Şamil Ayrım deyib.
O qeyd edib ki, bu gün Azərbaycan İlham Əliyevin liderliyi ilə öz regionunda sülhün əsas simvoluna çevrilib: “Konstitusiyanın hər bir maddəsi ədalətə inamı ifadə edir. Bu gün Azərbaycan Qarabağ qələbəsi ilə qürurla yaşayır. Azərbaycan xalqı tarixi qələbəsi ilə suverenliyinin də təmin edilməsinin zəfərini qeyd edir.
30 il öncə qəbul edilmiş Azərbaycan Konstitusiyası bu günün və gələcəyin təminatçısıdır. Çünki Konstitusiyanın ildönümü bizə əslində ədalətlə yaşamağı təlqin edir”.