BAKI, 20 iyun. TELEQRAF
Azərbaycan Prezidentinin razılığı olmadan Naxçıvanda qurum yaratmaq olmayacaq.
Teleqraf xəbər verir ki, sözügedən məsələ “Naxçıvan Muxtar Respublikasının Konstitusiyasında dəyişikliklərin təsdiq edilməsi haqqında” Konstitusiya qanununun layihəsində əksini tapıb.
Layihəyə əsasən, muxtar respublikanın dövlət büdcəsində icra hakimiyyəti üçün nəzərdə tutulmuş xərclər çərçivəsində Azərbaycan Prezidentinin razılığı ilə mərkəzi icra hakimiyyəti orqanları yaradılacaq və ya ləğv olunacaq.