BAKI, 27 may. TELEQRAF

2024-cü ilin dövlət büdcəsində sosial müdafiə və sosial təminat xərclərinə 4 381 900 min manat məbləğində vəsaitin ayrılması nəzərdə tutulsa da aidiyyəti sifarişçi təşkilatların xərc sifarişlərinə uyğun olaraq 4 151 100 min manat məbləğində vəsait istifadə olunub.

Teleqraf xəbər verir ki, bu, “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsində əksini tapıb.

Qeyd olunub ki, ötən ilin dövlət büdcəsində nəzərdə tutulmuş məqsədli xərclərdən və ehtiyat mənbələrdən ayrılmış əlavə olaraq 64,3 milyon manat məbləğində vəsait də nəzərə alınmaqla sosial müdafiə və sosial təminat sahəsinə dövlət büdcəsi xərclərinin 11,2 faizi həcmində və ya 4215,4 milyon manat vəsait yönəldilib.

Funksional təsnifata uyğun olaraq (dövlət büdcəsində nəzərdə tutulmuş məqsədli xərclərdən və ehtiyat mənbələrdən ayrılmış vəsait istisna olmaqla) 2024-cü ildə sosial müdafiə və sosial təminat xərcləri üzrə istifadə olunmuş vəsaitin 3 milyard 697 milyon 700 min manatı və ya 89,1 faizi sosial müdafiə və sosial təminat sahələri üzrə digər müəssisə və tədbirlərə, 453,4 milyon manatı və ya 10,9 faizi sosial müdafiə və sosial təminat xərclərinə sərf olunmuşdu.

Həmçinin iqtisadi təsnifat üzrə sosial müdafiə və sosial təminat xərclərinin icrası (faizlə) aşağıdakı kimi olub.

Qanun layihəsi parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılıb.