BAKI, 23 may. TELEQRAF

"Mərkəzi Seçki Komissiyasının (MSK) statusuna yenidən baxmalıyıq".

Teleqraf xəbər verir ki, bunu Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa “Pasportlar haqqında” və “Dövlət qulluğu haqqında” Qanunlara təklif edilən dəyişiklik layihəsinin müzakirəsi zamanı deyib.

O təklif edib ki, MSK-nın sədrindən başqa müavininə və katibinə diplomatik pasport verilsin:

"Onlar ağır işlər görürlər, beynəlxalq konfranslarda iştirak edirlər. Bütün üzvlərə vermirlər, anlayırıq. Orada bizim də marağımız var, partiya nümayəndələri iştirak edir. Hesab edirəm ki, bu qurumu görməzdən gəlmək, yalnız sədrdən ibarət olduğunu düşünmək yanlış addımdır. MSK-nın müəyyən üzvlərinə diplomatik pasport verilməlidir".