BAKI, 23 may. TELEQRAF

"Bakıda mühakimə olunan separatçıların məhkəməsindən sənədli film çəkilməsini təklif edirəm".

Teleqraf xəbər verir ki, bunu Milli Məclisin deputatı Hikmət Məmmədov (Babaoğlu) parlamentin bugünkü icasında deyib.

O bildirib ki, bununla da dünyanın diqqətini sözügedən məsələyə çəkmək olar:

"Bundan başqa, beynəlxalq hüquq təşkilatlarının nümayəndələrini prosesə cəlb edə bilərik. Onlar da bu cinayətlər haqqında məlumatlandırılmalıdır. Həmçinin məhkəmə prosesində verilən ifadələr, fikirlər diqqəti yenidən Levon Ter-Petrosyanın üzərinə çəkir. Düşünürəm ki, ona qarşı cinayət işi açılmalıdır".