BAKI, 23 may. TELEQRAF
Meliorasiya va irriqasiya sahəsində Naxçıvan Muxtar Respublikası icra hakimiyyəti orqanlarının səlahiyyətləri ləğv olunur.
Teleqraf xəbər verir ki, sözügedən məsələ “Meliorasiya va irriqasiya haqqında" Qanuna təklif edilən dəyişiklik layihəsində əksini tapıb.
Sənədə əsasən, icra hakimiyyəti orqanlarının su obyektlərinin istifadəsi, bərpası və mühafizəsi sahəsində proqramlar hazırlamaq, təsdiq etmək və həyata keçirmək, onların yerinə yetirilməsinə nəzarəti təşkil etmək, su obyektlərinin istifadəsi və mühafizəsi üzərində dövlət nəzarətini həyata keçirmək, qanunvericiliklə müəyyən olunmuş qaydada su obyektlərindən istifadəni məhdudlaşdırmaq, dayandırmaq və qadağan etmək, habelə sel sularına qarşı, suların zərərli təsirinin qarşısının alınması və nəticələrin ləğv edilməsi, eləcə də tabii fəlakət və qəza nəticəsində dağılmış obyektlərin bərpa tədbirlərini hazırlamaq səlahiyyəti ləğv olunur.
Qanun layihəsi səsə qoyularaq birinci oxunuşda qəbul edilib.