BAKI, 23 may. TELEQRAF

Milli Məclis Azərbaycanla Beynəlxalq Mülki Aviasiya Təşkilatı arasında imzalanan anlaşma memorandumunu ratifkasiya edib.

Teleqraf xəbər verir ki, bununla bağlı məsələ parlamentin bugünkü plenar iclasında müzakirə çıxarılıb.

Müzakirələrdən sonra “Azərbaycan Respublikası ilə Beynəlxalq Mülki Aviasiya Təşkilatı arasında aviasiya təhlükəsizliyinin təmin edilməsi sahəsində universal yoxlamalar proqramı çərçivəsində davamlı monitorinq mexanizminə dair Anlaşma Memorandumu” təsdiq olunub.