BAKI, 21 may. TELEQRAF
"Azərbaycanda ailə dəyərlərindən bəhs edən ailə mədəniyyət kanalları olmalıdır".
Teleqraf xəbər verir ki, bunu Milli Məclisin deputatı Hicran Hüseynova Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2024-cü il üzrə məlumatının müzakirəsi zamanı deyib.
O bildirib ki, hazırda "Mədəniyyət" kanalı var:
"Ancaq yeni kanalın yaradılmasına ehtiyac var ki, Azərbaycanın ailə dəyərlərindən bəhs etsin. Pis hadisələr olan kimi sosial şəbəkələrdə işıqlandırılır. Amma müsbət şeylər barədə danışan yoxdur".