BAKI, 9 sentyabr. TELEQRAF
Bakı Limanının inkişafının ikinci mərhələsi üzərində çalışmaları davam etdirilir. Hazırkı 15 milyon ton illik yükaşırma gücündən əlavə 10 milyon tongücün artırılması nəzərdə tutulur.
Teleqraf xəbər verir ki, bu barədə “Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə” (AQEM – CICA) çərçivəsində liman rəhbərlərinin konfransında “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Rövşən Rüstəmov deyib.
O bildirib ki, hazırda konteynerlərin emalı üzrə imkanların genişləndirilməsi üzərində çalışırlar:
“Bilirsiniz ki, Bakı Limanının illik konteyner aşırma gücü 100 min TEUüçün dizayn edilmişdi. Ötən il birləşmədən sonra əməliyyat səmərəliliyi hesabına bu rəqəmi 150 min TEU-ya çatdırdıq, bu ilin sonunda isə 200 min TEUolacaq. Hədəfimiz 2027-ci ilin sonunadək aşırma gücünü təxminən 300 min TEU etməkdir. Bu da, bütövlükdə Orta Dəhlizin buraxılış gücünə əlavə töhfə vermiş olacaq”.