BAKI, 9 sentyabr. TELEQRAF
“Saksoniya-Anxalt əyalətinin parlamentinə seçkilərdən sonra Almaniyanın hakim koalisiyasının sonu çatıb”.
Teleqraf xəbər verir ki, bunu seçkilərdə qalib gələn “Almaniya üçün Alternativ” (AfD) partiyasının həmsədri Alis Vaydel deyib.
“Seçicilər Saksoniya-Anxaltda demokratik dillə tam aydın mesaj verdilər: “qara-qırmızı koalisiya”ya son qoyuldu”, - o, Bundestaqda çıxışı zamanı bildirib.
Vaydel iddia edib ki, Almaniya vətəndaşları mövcud siyasi kursun dəyişdirilməsini istəyirlər.
AfD lideri Almaniya hökumətinin maliyyə siyasətini də kəskin tənqid edərək, Kansler Fridrix Mertsi borcların artırılması istiqamətində misli görünməmiş siyasət yürütməkdə ittiham edib.
Xatırladaq ki, AfD Saksoniya-Anxalt əyalətinin parlamentinə keçirilən seçkilərdə 43,8 faiz səslə qalib gəlib. Hakim Xristian-Demokrat İttifaqı isə 17,2 faiz səs toplayıb.