BAKI, 9 sentyabr. TELEQRAF

Gürcüstan Baş naziri İrakli Kobaxidze Fransa Prezidenti Emmanuel Makronun dəvəti ilə Parisdə keçiriləcək kosmik məsələlər üzrə beynəlxalq sammitdə iştirak edəcək.

Teleqraf xəbər verir ki, bu barədə Gürcüstan Baş nazir Administrasiyası məlumat yayıb.

Fransa və Almaniyanın həmsədrlik edəcəyi sammitdə müzakirə olunacaq əsas mövzular elm, tədqiqat, təhlükəsizlik və müdafiə məsələləridir.

İrakli Kobaxidze xarici işlər naziri Maka Boçorişvili, müdafiə naziri İrakli Çikovani və Baş nazir Administrasiyasının rəhbəri Levan Jorjolianidən ibarət nümayəndə heyəti ilə Fransaya səfər edib.