BAKI, 16 iyul. TELEQRAF

Avqustun 1-dən Bakı–Balakən–Bakı qatar reysləri müvəqqəti dayandırılacaq.

Teleqraf xəbər verir ki, bu barədə “Azərbaycan Dəmir Yolları” QSC-dən (ADY) məlumat verilib.

Bildirilib ki, Qax, Zaqatala və Balakən rayonlarında qeyri-sabit hava şəraiti nəticəsində Qax–Balakən dəmiryol sahəsində infrastruktura dəymiş zərərin aradan qaldırılması istiqamətində işlər davam edir. Bununla əlaqədar olaraq, Bakı–Balakən–Bakı marşrutu üzrə qatarların hərəkəti avqustun 1-dən müvəqqəti dayandırılacaq.

Qeyd olunub ki, bu marşrut üzrə avqustun 1-13-ü tarixləri üçün bilet almış sərnişinlərə biletlərin dəyəri tam həcmdə geri qaytarılacaq.

"Təhlükəsizlik məqsədilə avqustun 1-dək Bakı–Balakən qatarları yalnız Qax stansiyasına qədər hərəkət edəcək. Balakən–Bakı istiqamətində qatarlar isə Qax stansiyasından yola düşəcək," - deyə məlumatda vurğulanıb.