BAKI, 25 avqust. TELEQRAF

Azərbaycan Dəmir Yolları" QSC (ADY) artan sərnişin tələbatını qarşılamaq məqsədilə Bakı–Ağstafa–Bakı marşrutu üzrə əlavə qatar reysləri təşkil edəcək.

Teleqraf xəbər verir ki, bu barədə ADY-dən məlumat verilib.

Məlumata görə, əlavə reyslər sentyabrın 5, 6, 12 və 13-də həyata keçiriləcək. Eyni zamanda, bu istiqamətlərə Bakı–Qazax–Bakı marşrutu üzrə ənənəvi qrafiklə gündəlik səfərlər də davam etdirilir.

Sərnişinlər biletləri Bakı və Gəncə Dəmiryol Vağzallarının kassalarından, ADY-nin rəsmi saytından və ya “ADY Mobile” tətbiqi vasitəsilə əldə edə bilərlər.