BAKI, 9 sentyabr. TELEQRAF

Xəzər dənizində suyun səviyyəsinin azalması gəmiçilik və limanlara çıxış imkanlarında ciddi suallar yaradır.

Teleqraf xəbər verir ki, bu barədə “Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə” (AQEM – CICA) çərçivəsində liman rəhbərlərinin konfransında “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Rövşən Rüstəmov deyib.

O bildirib ki, beynəlxalq ticarət marşrutları boyunca yaranan gərginliklər və münaqişələr limanlar arasında sıx koordinasiyanı vacib edir:

“Biz uzlaşdırılmış investisiyalara, rəqəmsal dəhliz quruculuğuna və sərhədkeçmə prosedurlarının sadələşdirilməsinə böyük diqqət yetirməliyik. Daha təhlükəsiz və dayanıqlı liman əməliyyatları üçün həll yollarını bölüşməliyik”.