BAKI, 31 yanvar. TELEQRAF
"Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin nəzdində fəaliyyət göstərən Teleradio Akademiyasında “Mediada Azərbaycan dili” mövzusunda təlimlərin növbəti mərhələsi təşkil olunub.
Teleqraf xəbər verir ki, təlimin dördüncü günündə Azərbaycan Respublikasının əməkdar artisti, nitq mədəniyyəti üzrə mütəxəssis Sevda Ağazadə "Gözəl səs və səlis danışıq- uğura aparan yol" mövzusunda danışıb.
Həmçinin "Media FM" radiostansiyasının təsisçisi Rüstəm Əliyev "Müasir radionun kommunikasiya dili: problemlər və perspektivlər" mövzusunda, əməkdar jurnalist, APA Jurnalist Məktəbinin rəhbəri Qabil Abbasoğlu "Sərlövhə yaradıcılığı" mövzusunda təlim keçiblər.
Qeyd edək ki, təlimlərin əsas məqsədi media mühitində Azərbaycan dilinin düzgün, səlis və ədəbi norma çərçivəsində istifadəsinin təşviq edilməsidir.
3 ay (2 ay Bakıda, 1 ay regionlarda) davam edəcək təlimlərdə televiziya və radio, və saytlarda çalışan 50-ə yaxın jurnalist, redaktor və aparıcı iştirak edəcək.
Sonda jurnalistlər arasında aparılan monitorinqin nəticələri açıqlanacaq. İştirakçılara sertifikat veriləcək.