ANKARA, 18 dekabr. TELEQRAF

"Media savadlılığı XXI əsrdə çox vacib məsələdir, çünki sosial media manipulyasiya üçün rahat məkandır".

Teleqraf-ın Ankaraya ezam olunmuş müxbiri xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Qeyri-Hökumət Təşkilatları ilə iş və kommunikasiya şöbəsinin kommunikasiya siyasəti sektorunun müdiri Cavid Musayev Dezinformasiyaya Qarşı Mübarizə üzrə Türk Dövlətləri Forumunda çıxışı zamanı deyib.

O bildirib ki, gənc nəslin media savadlılığının artırılması istiqamətində işlərin görülməsi çox vacibdir.

"Azərbaycan bunun üçün çalışır və beynəlxalq platformalarda iştirak edir. Ölkəmizin hazırda bu forumda iştirak etməsi də bunun göstəricisidir", - o əlavə edib.