BAKI, 11 oktyabr. TELEQRAF

Azərbaycanda dəmir yollarının yaranmasının 145 illik yubileyi münasibətilə Azərbaycan Dəmiryol Muzeyində açıq qapı günləri keçiriləcək.

Bu barədə Teleqraf-a "Azərbaycan Dəmir Yolları" QSC-dən məlumat verilib.

Bildirilib ki, bu münasibətlə 14-19 oktyabr tarixlərində muzeyə giriş pulsuz olacaq.